Quantcast

Details

  • Last Online: 6 hours ago
  • Gender: Female
  • Location: azərbaycan
  • Contribution Points: 0 LV0
  • Roles:
  • Join Date: January 11, 2026
Completed
In Your Radiant Season
1 people found this review helpful
by Alisa
27 days ago
12 of 12 episodes seen
Completed 0
Overall 8.5
Story 9.0
Acting/Cast 8.5
Music 8.5
Rewatch Value 8.0
This review may contain spoilers

Bu kdramanin konusu

Ayda o qədər etkilenmişdim ki ilk 4 bölümden bağımlısi olmuşdum,mən bu ekran işini bəyəndim. Serialın atmosferi və gənclik enerjisi həqiqətən izləməyə dəyərdir. Xüsusilə bütün cütlüklər o qədər qəşəng və səmimi yazılmışdı ki, onların arasındakı münasibətləri izləmək mənə böyük zövq verdi. Hər bir xarakterin öz hekayəsi və inkişafı var idi.
​Lakin serialın sonluğu və bölümlərin sayı ilə bağlı müəyyən narazılığım var. Hər şeyi daha aydın görmək və hekayənin tam oturuşması üçün bu serial 14 və ya 16 bölüm ola bilərdi. Bütün hekayə boyu hadisələrin gedişatını bəyənsəm də, hər şeyi sadəcə son 16 dəqiqədə tələsik şəkildə "xoşbəxt sonluq" ilə bitirmək qərarını heç bəyənmədim. Ən əsası isə, gənc olan o iki gözəl cütlüyümüzün xoşbəxt anlarını demək olar ki, heç görmədik. Belə gözəl qurulmuş bir kdrama üçün sonluq daha dərin və zamana yayılmış şəkildə işlənə bilərdi, amma potensialı daha böyük idi

Read More

Was this review helpful to you?
Completed
Love Next Door
1 people found this review helpful
by Alisa
Mar 25, 2026
16 of 16 episodes seen
Completed 0
Overall 9.5
Story 9.0
Acting/Cast 9.0
Music 8.0
Rewatch Value 10

Özümü tapdım

Bu serial mənim üçün çox xüsusi oldu. Hekayədə hər şey məni çox təsir etmişdi, xüsusilə baş roldakı qızın xarakteri və gücü mənə çox yaxın gəldi. Bəlkə də baş rol qızda özümü görürdüm, ona görə bu qədər çox sevdim və bağlandım. Serialın romantik məqamları ilə komediya hissələri arasındakı balans mükəmməl idi. Həmçinin, aktyorların bir-biri ilə uyumu (chemistry) çox təbii idi. Musiqilər də hər səhnənin duyğusunu daha dərindən hiss etdirirdi. Əgər həm gülmək, həm də duyğulanmaq istəyirsinizsə, bu serial mütləq izlənilməlidir. Mənim favoritlərim sırasına daxil oldu və bir neçə dəfə yenidən izləyəcəyimə əminəm.

Read More

Was this review helpful to you?
Ongoing 2/12
Sold Out on You
2 people found this review helpful
by Alisa
10 days ago
2 of 12 episodes seen
Ongoing 0
Overall 9.0
Story 8.5
Acting/Cast 9.0
Music 8.0
Rewatch Value 8.5
This review may contain spoilers

İlk bölümdeki sıfır əyləncə və 2ci bölümdeki o mükəmməl açılış

Sold Out On You" dizisinin ilk iki bölümünü izlədikdən sonra fikirlərim tamamilə dəyişdi. Dürüst olmaq lazımdırsa, birinci bölümü bəyənməmişdim. Baş roldakı Chae Won Bin mənə çox donuq gəldi, xarakterini tam hiss edə bilmədim və bu da izləmə həvəsimi bir az azaltdı. Aktrisanın performansı sanki hekayə ilə tam uyuşmurdu.
​Ancaq ikinci bölüm hər şeyi dəyişdi! Bu bölümdə həm hekayə, həm də Chae Won Bin-in performansı çox əyləncəli idi. Qızın enerjisi artdı və xarakterinə tam isindim. Serialın əsl ritmi məhz bu bölümdən sonra tutuldu.
​Kişi aktyorlara gəldikdə isə, Ahn Hyo Seop və Kim Bum həmişəki kimi mükəmməldirlər. Hər ikisinin performansı çox gözəldir və ekrana yaraşırlar. Onların təcrübəsi və xarizması dizini daha da izlənilən edir. İlk bölümdəki o soyuqluq artıq yoxdur, yerinə çox maraqlı və dinamik bir iş gəlib.

Read More

Was this review helpful to you?